Rusiyanın 11 desant gəmisi Krımdan Odessaya tərəf üzdü - Berdyansk tutuldu

Hazırda oxunan: Rusiyanın 11 desant gəmisi Krımdan Odessaya tərəf üzdü - Berdyansk tutuldu

62262

Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, 11 desant gəmisi Krım limanlarından Odessada lövbər salmaq üçün yola düşüb.

Bizim.Media “Ukrayinskaya Pravda”ya istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Belarus ordusunun bir hissəsi Ukrayna ilə sərhədə göndərildi


“Hesablamalara görə, hər biri təxminən bir batalyon daşıyan 11 Rusiya böyük desant gəmisi dənizə çıxıb və ehtimal ki, Odessa vilayətində nəsə planlaşdıracaq. Onlar hücuma cəhd edə bilərlər, lakin biz görəcəyik ki, Rusiya hərbçilərinin desant əməliyyatı necə keçirilir? Düşünürəm ki, bizimkilər hər zaman olduğu kimi hər şeyi daha yaxşı edəcək”, – Aretoviç qeyd edib.

O vurğulayıb ki, rus qoşunları Berdyanski ələ keçirə biliblər, çünki orada Ukrayna Silahlı Qüvvələrinin bölmələri yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO