Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Paşinyan Milli Assambleyada 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı çıxış edərək Azərbaycan-Ermənistan münaqişəsinin başa çatdığını və 2026-cı il seçkilərində Ermənistan xalqının sülhü müdafiə etdiyini deyib.
Baş nazirin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması artıq ölkənin iqtisadi inkişafına yeni təkan verib.
“Azərbaycan və Ermənistan arasında münaqişə başa çatıb. 2026-cı il seçkilərinin nəticələrinə görə, Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı. Sülhün bərqərar olması artıq iqtisadi inkişafımıza yeni impuls verib”, - deyə Paşinyan bildirib.
Bizim.Media

- A-
- A
- A+
Region
22:27 / 16.06.2026
Paşinyan: Azərbaycanla sülh artıq nəticə verir
Hazırda oxunan: Paşinyan: Azərbaycanla sülh artıq nəticə verir
Hazırda oxunan: Paşinyan: Azərbaycanla sülh artıq nəticə verir
619687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































