20-dən çox ölkə İrandan bunu TƏLƏB ETDİ

20-dən çox ölkə İrandan bunu TƏLƏB ETDİ

Hazırda oxunan: 20-dən çox ölkə İrandan bunu TƏLƏB ETDİ

618614

Aralarında ABŞ və Avropa dövlətlərinin də olduğu 22 ölkə İranı onların ərazilərində terror və təxribat xarakterli hücumlar təşkil etməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, iyunun 11-də yayımlanan birgə bəyanatda rəsmi Tehrana qarşı kəskin tələblər irəli sürülüb.

Bəyanatda qeyd olunan əsas məqamlar bunlardır:

Müştərək xəbərdarlıq: Almaniya, Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, həmçinin Şimali Avropa, Baltikyanı və Şərqi Avropa ölkələri daxil olmaqla 22 dövlət İrandan hücumları dərhal dayandırmağı tələb edib.

Sənəddə bildirilir:

"Bizim ərazilərimizdə insanları öldürmək, qaçırmaq, təqib etmək, qorxutmaq və ya digər formalarda hücuma məruz qoymaq cəhdləri milli suverenliyi və beynəlxalq normaları sarsıdır. Bu hərəkətlərə dərhal son qoyulmalıdır".

SEPAH və "Əl-Qüds" hədəfdə: İttiham mətninə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətləri və onun xaricdəki qanadı olan "Əl-Qüds" qüvvələri iranlı dissidentlərə, jurnalistlərə, eləcə də yəhudi icmalarına qarşı "ölümcül sui-qəsdlər və zərərli fəaliyyətlər" həyata keçirir.

Tehran xüsusilə Avropa miqyasında gizli hücum kampaniyası aparmaqda günahlandırılır. Bu hücumların arxasında İrana bağlı olan "Hərəkat Əshab əl-Yəmin əl-İslamiyə" ("Sağ tərəf tərəfdarlarının İslam Hərəkatı") qruplaşmasının dayandığı bildirilir.

Qeyd edək ki, sözügedən qruplaşma daha əvvəl Böyük Britaniya, Belçika və Niderlandda yəhudi icmalarına qarşı törədilən hücumların və sinaqoqların yandırılmasının məsuliyyətini öz üzərinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO