Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində bülletenlərin 100%-nin sayılması prosesini başa çatdırıb. Səslərin tam qeydiyyatı nəticəsində seçkilərin yekun rəsmi mənzərəsi bəlli olub.
Bizim.Media xəbər verir ki, MSK-nın ilkin yekun məlumatlarına əsasən, fəaliyyətdə olan Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası 49,81% səs toplayaraq seçkilərin mütləq lideri olub.
Ümumi səsvermənin nəticələrinə görə partiyalar və bloklar üzrə yekun göstəricilər aşağıdakı kimi formalaşıb:
“Mülki Müqavilə” Partiyası (Nikol Paşinyan) — 49,81%
“Güclü Ermənistan” Bloku — 23,29%
“Ermənistan” Partiyası — 9,94%
“Çiçəklənən Ermənistan” Partiyası — 4,00%
Bu nəticələrlə Nikol Paşinyanın siyasi qüvvəsi parlamentdəki mütləq çoxluğunu qoruyub saxlayaraq növbəti hökuməti təkbaşına formalaşdırmaq mandatını təmin edib.
Xatırladaq ki, seçkilərin ilkin nəticələri elan olunduqdan sonra paytaxt İrəvanda siyasi zəmində kütləvi qarşıdurmalar baş vermiş, Baş nazir isə rusiyayönümlü müxalifət bloklarını ölkədə iğtişaş törədəcəkləri təqdirdə qanunun ən sərt üzü ilə cəzalandıracaqlarını bəyan etmişdi.
Bizim.Media






































































































