Ermənistanda seçki pozuntuları kütləvi hal alır: Yeni faktlar - VİDEO

Ermənistanda seçki pozuntuları kütləvi hal alır: Yeni faktlar - VİDEO

Hazırda oxunan: Ermənistanda seçki pozuntuları kütləvi hal alır: Yeni faktlar - VİDEO

617685

Ermənistanın müxtəlif mərzlərində (vilayətlərində) və paytaxt İrəvanda yerləşən bir sıra seçki məntəqələrində səsvermə prosesi zamanı kütləvi qanun pozuntuları qeydə alınmaqdadır.

Bizim.Media xəbər verir ki, müxtəlif seçki dairələrindən daxil olan növbəti pozuntu faktları aşağıdakılardır:

Bülletenlərin qanunsuz qruplaşdırılması: Armavirdəki 11 saylı seçki məntəqəsində səsvermə bülletenləri seçicilərə təqdim edilərkən, 16 nömrəli bülletenin qabın ən sonuna qoyulduğu aşkarlanıb. İddia olunur ki, bu addım seçicilərin istiqamətləndirilməsini asanlaşdırmaq məqsədi daşıyır.

Qanunsuz təşviqat: 35/7 saylı seçki məntəqəsində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın etibarlı şəxsi məntəqəyə xüsusi döş nişanı ilə gəlib. Xəritə formasında olan bu nişanların seçkiönü kampaniya dövründə paylandığı və hazırda məntəqədə daşınmasının gizli təşviqat xarakteri daşıdığı bildirilir.
 

Səsvermənin iflic olması: 9/51 saylı seçki məntəqəsində səsvermə prosesi tamamilə dayanıb. Məntəqədəki hər 3 xüsusi texniki cihazın verdiyi qeydiyyat talonlarındakı rəqəmlər seçici jurnalındakı rəqəmlərlə uyğun gəlmir. Bu səbəbdən məntəqədə böyük sərnişin və seçici sıxlığı yaranıb.


Başqasının əvəzinə səsvermə: 15/21 saylı seçki məntəqəsində kobud qanun pozuntusu qeydə alınıb. Belə ki, səsvermə hüququ olan vətəndaşın əvəzinə onun yaxın qohumu səs verib. Hadisə aktlaşdırılıb.

Səsvermənin gizliliyinin pozulması: 8/10 saylı seçki məntəqəsində səsvermənin gizliliyi prinsipinin pozulduğu barədə məlumat daxil olub.

Açıq səsvermə: 8/14 saylı seçki məntəqəsində isə seçicilərin kabinədən kənarda, hamının gözü qarşısında açıq şəkildə səs verməsi faktı qeydə alınıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO