Müharibəyə Rusiyadan ÖZƏL BAXIŞ: “Əməliyyatlar Ukraynada hakimiyyət dəyişən anda bitəcək”

Hazırda oxunan: Müharibəyə Rusiyadan ÖZƏL BAXIŞ: “Əməliyyatlar Ukraynada hakimiyyət dəyişən anda bitəcək”

61722

“Hesab edirəm ki, Vladimir Putinin əsas məqsədi təkcə Donetsk və Luqanskın administrativ sərhədlərini bərpa etmək yox, bütün Ukraynanı ələ keçirmək, hakimiyyətin dəyişməsinə nail olmaqdır. Onu da qeyd edim ki, Rusiya hökuməti bunu xüsusi hərbi əməliyyat adlandırsa da bu müharibədir və müharibənin əlamətlərini görürük. Düşünürəm ki, əsas məqsəd Kiyevdəki hakimiyyəti dəyişmək, Rusiyaya loyal və Avro-Atlantik blokuna inteqrasiya etməyəcək qüvvələri hakimiyyətə gətirməkdir”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Rusiyada yaşayan jurnalist, politoloq Anar Həsənov bildirib.

Politoloqun sözlərinə görə, Rusiyanın əsas məqsədi Putinin nitqində də təcəssüm olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadakı döyüşlər III Dünya Müharibəsinə səbəb ola bilərmi? – Çin də HAZIRLAŞIR


“Vladimir Putin nitqində “denasifikasiya” mövzusuna toxunub və qeyd edib ki, Ukraynada hakimiyyətdə millətçilər, faşizmə rəğbət bəsləyənlərdir. Prezidentin nitqində bu terminologiya əbəs yerə deyil. Bu işarədir ki, münaqişənin sonu Donetsk və Luqanskın administrativ əraziləri ilə bitmir. Düşünürəm ki, bu müharibə Ukraynanın Moldova, Rumınya və Macarıstanla sərhədlərində bitəcək. Yəni, biz Ukraynada hakimiyyət dəyişikliyini müşahidə edəcəyik”.

Anar Həsənov, dünyanın Rusiyaya qarşı birləşməsindən də söz açıb: 

“Sözsüz ki, bu Rusiyaya ağır iqtisadi sanksiyalar bahasına başa gələcək. Nəinki, Avropa və Amerika, bütün dünya, Yaponiya, Kanada, Avstraliya da Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Biz Çinin hansı mövqeyi tutacağını bilmirik. Hərçənd ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa, İngiltərə və ABŞ Rusiyanı ittiham edir və qətnamə hazırlananda Rusiya buna veto qoyacaq. Lakin Çinin hansı mövqeyi tutacağı qeyri-müəyyəndir. Biz bilmirik ki, 3-cü dövlətlər hansı mövqeyi tutacaq. Söhbət inkişaf etməkdə olan kiçik dövlətlərdən gedir”.

Politoloq, müsahibənin sonunda müharibənin əsas məqsədini bir daha diqqətə çatdırıb: 

“Hakimiyyətə rusiyapərəst birinin gətirilməsi və Ukraynanın əvvəlkitək Rusiyanın orbitinə qayıtması müharibənin əsas məqsədidir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO