Ukraynada əsir düşən 2 rus əsgərinin FOTOSU yayıldı

Hazırda oxunan: Ukraynada əsir düşən 2 rus əsgərinin FOTOSU yayıldı

61721

Ukraynada 2 rusiyalı əsgər “Soyuq yar” briqadasının döyüşçüləri tərəfindən əsir götürülüb. 

Bizim.Media “kievvlast.com.ua” saytına istinadən xəbər verir ki, əsirlər Yampolsk motoatıcı alayının əsgərləri olub.

KİV-ə bu barədə Ali Baş Komandanın Facebook səhifəsindəki mesajından sonra xəbər tutub.

“Hərbçilərimiz Yampolsk motoatıcı alayının 91701 saylı hərbi hissəsindən iki rus kafirini əsir götürüblər”, - məlumatda deyilir.

Xatırladaq ki, daxili işlər nazirinin müşaviri Anton Geraşenko vurulan Rusiya helikopterinin Qostomel yaxınlığında yerə endiyini bildirib:

“Paraşütçülər qaçıblar, polis xüsusi təyinatlıları ərazidə axtarış aparır”.

Xatırladaq ki, rəsmi mənbələrə görə, ukraynalı hərbçilər Rusiya təyyarələrini vurublar. Belə ki, Luqansk vilayətində 7-ci təyyarə, Kiyev vilayətində isə bir neçə helikopter zərərsizləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO