Azərbaycanın Ukraynadakı səfirindən həmvətənlərimizə TÖVSİYƏ – “Evdən çıxmayın” 

Hazırda oxunan: Azərbaycanın Ukraynadakı səfirindən həmvətənlərimizə TÖVSİYƏ – “Evdən çıxmayın” 

61688

“Hazırda Azərbaycanın Ukraynadfakı səfirliyi tam heyətlə iş başındadır. Şəxsən özüm də iş yerindəyəm.” 

Bizim.Media bunu “Report”a açıqlamasında Azərbaycanın Ukraynada səfiri Elmira Axundova bildirib.

Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır: “Azərbaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən vətəndaşlar müraciət edə bilərlər. Pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar da müraciət edə bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynaya qarşı müharibəyə başladı – ONLAYN YENİLƏNMƏ


Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir.

Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri hansı ki, onlar, təqribən, 40 nəfərdir, Ukraynadan çıxarılması yollarını arayırıq. Eyni zamanda, hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəlada hallar əməkdaşı ilə yanaşı, Ukraynadakı Azərbaycan vətəndaşlarının da təxliyəsini mümkün olan kimi edəcəyik. Amma hələlik bu barədə düşünürük. Çünki hələ məlum deyil, onları hansı yolla ölkədən çıxara bilərik”. 

E.Axundova səfirliyin 00380735050000 nömrəli qaynar xəttinin işlədiyini xatırladaraq ölkədəki Azərbaycan vətəndaşlarına istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edəcəyini söyləyib. 

Səfir eyni zamanda, vətəndaşlara Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün səhər yaydığı müraciətlə tanış olmağa çağırıb.

Qeyd edək ki, bu gün səhər saatlarından Kiyev də daxil olmaqla Ukraynanın Xarkov, Mariopol, Odessa, İvano-Frankovsk vilayətlərində silsilə partlayışlar baş verir. Donbasda isə şiddətli döyüşlər gedir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO