Ukraynada üç sərhədçi həlak oldu

Hazırda oxunan: Ukraynada üç sərhədçi həlak oldu

61659

Yerli vaxtla səhər saat 10-a olan məlumata görə, 3 ukraynalı sərhədçi həlak olub. Yaralıların olduğu deyilir.

Bizim.Media Korrespondent.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Belə ki, Xerson vilayətində Kopani və İvanovo yaşayış məntəqələri ərazisində hərbi qulluqçuların düşmənlə döyüşdüyü qeyd edilir.

Skadovsk vilayətində sərhəd komendantlığı helikopterlərdən atəşə tutulub.

“Sərhəd bölmələri məsuliyyət zonalarında yaranmış vəziyyətə uyğun və bütün müdafiə qüvvələri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir”, - məlumatda deyilir.

Həmçinin sərhədçilər əlavə edib ki, Rusiya tanklarının kolonnaları Luqansk vilayətinə Krasnaya Talovka, Milovo, Qorodişçe tərəfdən daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO