Zaxarova Nikol Paşinyanı Aİİ-dən uzaqlaşmaqda ittiham etdi

Zaxarova Nikol Paşinyanı Aİİ-dən uzaqlaşmaqda ittiham etdi

Hazırda oxunan: Zaxarova Nikol Paşinyanı Aİİ-dən uzaqlaşmaqda ittiham etdi

614583

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) tədbirlərini sistemli şəkildə boykot etməsini kəskin tənqid edib.

Bizim.Media xəbər verir ki, Rusiya rəsmisinin bəyanatı barədə yerli media məlumat yayıb.

Mariya Zaxarova Ermənistan baş nazirinin Aİİ liderlərinin sammitində iştirakdan imtina etməsini şərh edərək deyib:

"Bu, artıq Nikol Paşinyanın məhz bu istiqamətdə formalaşdırdığı bir sistemə çevrilir".

Bununla belə, Rusiya XİN sözçüsü vurğulayıb ki, Paşinyanın bu addımı ittifaqın özü üçün "heç bir faciə yaratmır".

O əlavə edib ki, "burada bütün məsələ və fəsadlar yalnız Ermənistanın özü ilə bağlıdır".

Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan Ermənistanda keçirilən aktiv seçki kampaniyasında şəxsən iştirak etdiyini əsas gətirərək Aİİ sammitinə qatıla bilməyəcəyini bəyan etmişdi. Sammitdə Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO