Zaxarova: “Paşinyanın kimisə təhqir etməsinin Rusiyaya nə dəxli var?”

Zaxarova: “Paşinyanın kimisə təhqir etməsinin Rusiyaya nə dəxli var?”

Hazırda oxunan: Zaxarova: “Paşinyanın kimisə təhqir etməsinin Rusiyaya nə dəxli var?”

614344

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Ermənistan Baş naziri Nikol Paşinyana qarşı guya kampaniya başlatması barədə səsləndirilən ittihamları şərh edərkən, Qərb mediasını Paşinyanın öz ölkəsinin vətəndaşları ilə davranışına diqqət yetirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə diplomat "Sputnik" radiosunun efirində danışıb.

"Qərb mediası Rusiyanın guya Paşinyana qarşı kampaniya başlatdığını bəyan edib", — deyən XİN rəsmisi bu iddiaları rədd edib.

Zaxarova diqqəti Paşinyanın seçicilərlə görüşləri zamanı yaşanan insidentlərə yönəldib:

"Siz Ermənistan vətəndaşlarına baxın, hansı ki, Paşinyan hazırda onların üstünə qışqırır. O, bir qadına “minnətdar olmalısan ki, küncdəki ayaqyolunda başını yarmayıblar” deyir. Digər tərəfdən, nəvəsi həlak olan və məhz Paşinyanın çağırışı ilə mitinqə gəlib sual verən bir kişini isə oraya 550 dollar müqabilində gəlməkdə ittiham edirlər. İnsan baxanda həqiqətən ürəyi ağrıyır".

Rusiya diplomatı Qərbin bu daxili gərginlikdə Moskvadan bəhanə kimi istifadə etməsini tənqid edib:

"Bu vəziyyəti Rusiyanın ayağına yazmaq ən böyük sinizmdir. Bunun Rusiyaya nə dəxli var?" — deyə Zaxarova sual edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO