İranın Ali Rəhbəri Müctəba Xamenei bəyan edib ki, "düşmənə" qarşı müqavimət göstərmək üçün yeni strateji istiqamətlərin tapılmasına yönəlmiş xüsusi araşdırmalar aparılıb.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, söhbət qarşı tərəfin kifayət qədər imkanlara malik olmadığı digər qarşıdurma cəbhələrinin açılmasından gedir.
"Düşmənin az təcrübəyə malik olduğu və son dərəcə həssas (müdafiəsiz) olacağı digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb. Həmin cəbhələrin aktivləşdirilməsi hərbi vəziyyət qorunmaqla və maraqların nəzərə alınması şərtilə həyata keçiriləcək", — deyə o vurğulayıb.
İranın Ali Rəhbəri əlavə edib ki, bu planların reallaşdırılması operativ şəraitin ciddi nəzarətdə saxlanılması çərçivəsində baş tutacaq.
Lakin bəyanatda söhbətin konkret olaraq hansı regionlardan və ya sahələrdən getdiyi dəqiqləşdirilməyib.

Bizim.Media

- A-
- A
- A+
Region
09:53 / 19.05.2026
Müctəba Xameneidən XƏBƏRDARLIQ - FOTO
Hazırda oxunan: Müctəba Xameneidən XƏBƏRDARLIQ - FOTO
Hazırda oxunan: Müctəba Xameneidən XƏBƏRDARLIQ - FOTO
614056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































