Peskov türk dilini necə öyrənməsindən danışdı

Peskov türk dilini necə öyrənməsindən danışdı

Hazırda oxunan: Peskov türk dilini necə öyrənməsindən danışdı

613513

“Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda təhsil aldığım dövrdə türk dilini məcburi şəkildə öyrəndim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci kanal”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, qəbul imtahanlarında kifayət qədər bal toplaya bilmədiyi üçün istədiyi ərəb dilini seçmək hüququ qazanmayıb.

“İkinci dəfə də lazımi balı toplaya bilmədim ki, dili özüm seçim. Ərəb dili öyrənmək istəyirdim. Amma aşağı nəticələrə görə mənə bir növ cəza kimi türk dili verdilər”, — deyə Peskov bildirib.
 

Peskov sonradan türk dilinə münasibətinin dəyişdiyini qeyd edib. O bildirib ki, bir neçə illik iş təcrübəsi və türkologiya sahəsində biliklərini dərinləşdirdikdən sonra bu seçimin onun üçün olduqca dəyərli olduğunu anlayıb.


Qeyd edək ki, Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunu 1989-cu ildə “şərqşünas-tarixçi” və “tərcüməçi-referent” ixtisasları üzrə bitirən Peskov daha sonra Rusiyanın Türkiyədəki səfirliyində çalışıb.

1999-cu ilin noyabrında İstanbulda keçirilən ATƏT-in İstanbul Sammiti zamanı o, Rusiya Prezidenti Boris Yeltsinin türk dili üzrə tərcüməçisi olub.

Həmin sammitdən sonra Prezident Administrasiyasının mətbuat xidməti rəhbəri Aleksey Qromov Peskovu dövlət başçısının administrasiyasında işləməyə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO