Həbsxanaya düşməmək üçün 8 uşaq dünyaya gətirdi – VİDEO

Həbsxanaya düşməmək üçün 8 uşaq dünyaya gətirdi – VİDEO

Hazırda oxunan: Həbsxanaya düşməmək üçün 8 uşaq dünyaya gətirdi – VİDEO

613464

Türkiyənin Samsun şəhərində oğurluq cinayətinə görə haqqında 65 ildən çox həbs cəzası olan 8 uşaq anası Saniyə G.-nin cəzaçəkmədən yayınmaq üçün qanundakı boşluqlardan istifadə etdiyi iddia olunur.

Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, 31 yaşlı qadın “azyaşlı uşağı olan ana”larla bağlı həbs cəzasını təxirəsalma hüququndan yararlanaraq uzun müddət həbsxanaya göndərilməyib.
 

Bildirilir ki, onun ən böyüyü 13, ən kiçiyi isə 6 aylıq olmaqla 8 övladı var. Saniyə G. 60 evdən oğurluq etdiyinə görə barəsində 65 il 10 ay 10 günlük həbs cəzası verilib.


Son hadisə Samsunun İlkadım rayonunun Zəfər məhəlləsində baş verib. Bir evdən təxminən 20 min lirə oğurlanması ilə bağlı aparılan araşdırma zamanı oğurluğun Saniyə G. və onun 13 yaşlı oğlu tərəfindən törədildiyi müəyyənləşdirilib.

Polis tərəfindən saxlanılan ana və oğlu məhkəməyə çıxarılıb. Məhkəmə bu dəfə Saniyə G. barəsində həbs qətimkan tədbiri seçərək onun Samsun Qapalı Həbsxanasına göndərilməsinə qərar verib.
 

Son məhkəmə iclasında isə qadına oğurluq və mənzil toxunulmazlığını pozma maddələri ilə əlavə olaraq 3 il 9 ay 18 gün həbs cəzası verilib və həbsdə qalması qərara alınıb. Hadisə ilə bağlı diqqətçəkən məqamlardan biri də hakimin Ədliyyə Nazirliyinə müraciəti olub.


Hakim qadının mövcud qanunvericilikdən sui-istifadə edərək cəzanın icrasından yayınmağa çalışdığını bildirib və həbs cəzasının təxirə salınması hüququnun müəyyən uşaq sayı ilə məhdudlaşdırılması üçün qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO