Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Hazırda oxunan: Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

612715

"Hazırkı vəziyyətdə Ermənistan daxilində baş verən proseslər göstərir ki, mövcud reallıqlar artıq siyasi gündəliyin əsas mövzularından birinə çevrilib. Parlament seçkisindən sonra referendum gözlənilir. Bu isə heç də Nikol Paşinyan üçün asan və rahat bir proses deyil".

Bizim.Media xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, konstitusiya dəyişiklikləri, siyasi islahatlar və regiondakı yeni vəziyyət ciddi daxili müzakirələr və qarşıdurmalar yaradır.

"Mən hesab edirəm ki, bu proseslərin qısa müddətdə tamamlanacağını gözləmək doğru olmaz. Ən azı bir neçə ay və bəlkə daha uzun müddət tələb oluna bilər. Çünki burada yalnız hüquqi dəyişikliklərdən söhbət getmir, eyni zamanda siyasi iradə, cəmiyyətin münasibəti və regional balans məsələləri də mühüm rol oynayır. Əgər bu istiqamətdə siyasi iradə davamlı və ardıcıl şəkildə ortaya qoyulmasa, sülh prosesinin daha da uzanacağı gözləniləndir.


Azərbaycan isə bu məsələdə öz prinsipial mövqeyini qoruyur və regionda davamlı sülhün formalaşmasını əsas prioritetlərdən biri hesab edir. Bu baxımdan səsləndirilən bəyanatların həm zamanı, həm də verildiyi məkan xüsusi önəm daşıyır. Çünki bu mesajlar təkcə regional auditoriyaya deyil, eyni zamanda beynəlxalq aktorlara da ünvanlanır və gələcək proseslərin istiqamətini müəyyən edən siqnallar kimi qiymətləndirilir".

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO