Paşinyan: Azərbaycanla delimitasiyanın şimaldan cənuba doğru aparılacağı barədə razılaşma var

Paşinyan: Azərbaycanla delimitasiyanın şimaldan cənuba doğru aparılacağı barədə razılaşma var

Hazırda oxunan: Paşinyan: Azərbaycanla delimitasiyanın şimaldan cənuba doğru aparılacağı barədə razılaşma var

612469

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının şimaldan cənuba doğru davam etdirilməsi barədə razılaşma mövcuddur.

Bizim.Media “Armenpress”-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

“Bizdə artıq dərc olunmuş razılaşma var ki, delimitasiya şimaldan cənuba aparılacaq. Aydındır ki, delimitasiya olunmuş ərazilərdə sərhəd rəsmiləşdirilməli və bu proses şəffaf şəkildə həyata keçirilməlidir”, - o deyib.

Paşinyan qeyd edib ki, tərəflər arasında delimitasiya prosesinin hüquqi əsası artıq formalaşıb.
 

Onun sözlərinə görə, 1991-ci il Alma-Ata Bəyannaməsi iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsində əsas prinsip kimi qəbul edilib.


Bundan əlavə, 2024-cü ilin avqustunda imzalanan və oktyabrda ratifikasiya olunan birgə komissiyaların fəaliyyəti ilə bağlı qaydalar bu prosesi hüquqi cəhətdən tənzimləyir: “Bu o deməkdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı mövcud sərhədin iki ölkə arasında dövlət sərhədi kimi yenidən rəsmiləşdirilməsinə razılaşıblar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO