Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

Hazırda oxunan: Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

611003

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistanın paytaxtı İrəvanda səfərdədir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Cevdet Yılmaz İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII Zirvə Toplantısında Türkiyəni təmsil edir.

Sammit “Gələcəyin qurulması: Avropada birlik və dayanıqlılıq” mövzusu altında keçirilir.
 

Toplantıda demokratik dayanıqlılığın gücləndirilməsi, əlaqələrin inkişaf etdirilməsi, iqtisadi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün daha sıx əməkdaşlıq və koordinasiya imkanları müzakirə olunur.


Bundan başqa, regional proseslər və qlobal çağırışlar da gündəmdədir.

Qeyd edək ki, Cevdet Yılmazın İrəvana səfəri Türkiyədən Ermənistana bu səviyyədə edilən ilk səfərdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO