“Bir həftədir ailəmizdən xəbər ala bilmirik” - VİDEO

“Bir həftədir ailəmizdən xəbər ala bilmirik” - VİDEO

Hazırda oxunan: “Bir həftədir ailəmizdən xəbər ala bilmirik” - VİDEO
591027
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda təhsil alan cənubi azərbaycanlı tələbə bacılar - Pərəstu və Pərisa Qənizadələr bir həftədir İranda davam edən iğtişaşlar və rabitə məhdudiyyətləri səbəbindən ailələri ilə əlaqə saxlaya bilmirlər.

Bizim.Media xəbər verir ki, bu barədə İTV məlumat yayıb.

Ötən il Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan bacılar ölkələrindəki gərgin vəziyyətdən ciddi narahatlıq keçirirlər.

Pərəstu Qənizadənin sözlərinə görə, xəbərləri izləmək onlara çətin gəlir. Ailələrindən son xəbəri isə yalnız Naxçıvanla sərhədə gələn yaxınları vasitəsilə ala biliblər.
 

"Evdə oturmuşdum, birdən vatsapdan zəng gəldi. Dedi ki, ananızdan xəbər gətirmişik, hər şey yaxşıdır, narahat olmayın", - deyə o yaşadıqlarını bölüşüb.


Digər bacı Pərisa isə yeganə arzusunun İranda sülhün bərqərar olması və hadisələrin tezliklə başa çatması olduğunu bildirib.

Xatırladaq ki, İranda milli valyutanın kəskin şəkildə devalvasiyaya uğraması nəticəsində başlayan etirazlar artıq iki həftədən çoxdur ki, davam etməkdədir.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO