“Ermənistan ordusu Zəngəzurda 25 km geri çəkilib” - Sisyanın keçmiş merindən ETİRAF

Hazırda oxunan: “Ermənistan ordusu Zəngəzurda 25 km geri çəkilib” - Sisyanın keçmiş merindən ETİRAF

43341

“Hazırda türklər Sisyanın inzibati ərazisində, Qara gölün üstündə, İşxanasar hissəsindədir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Sisyanın keçmiş meri Artur Sarkisyan jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, noyabrın 10-dan sonra icma rəhbərlərinə qarşı siyasi təqiblərə başlanmasına səbəb onların Zəngəzuru təhdid edən təhlükələr barədə bəyanatları olub.

“Biz dedik ki, problemləri həll etmək lazımdır ki, mayın 12-dən elə bir vəziyyət yaranmasın ki, türklər sərhədi keçərək torpaqlarımıza piyada daxil olsun. Əgər bu problemlər vaxtında, noyabrın 10-dan sonra həll olunsaydı, mayın 12-də türklər torpaqlarımızı ələ keçirməzdilər və hələ də orada qalıblar”, – deyə Artur Sarkisyan bildirib.

O, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın dekabrın 17-də icma rəhbərlərinə nə əmr etdiyi, bundan sonra erməni tərəfinin mövqelərini geri çəkməsi və onların azərbaycanlıların nəzarətinə keçməsindən də danışıb.

Onun sözlərinə görə, bu sərəncamdan sonra erməni tərəfi Qorus və Qafan sektorlarındakı mövqelərindən 25 kilometr geri çəkilib.

“İndiki mövqelərimiz bir vaxtlar Qorus, Xndzoresk və Qubatlıda olan mövqelərdən tamamilə geridədir, lakin noyabrın 10-da verilən bəyanatda bu barədə heç nə deyilməmişdi. İndi o ərazilərdə Azərbaycan qoşunları məskunlaşıb”, - deyə Artur Sarkisyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO