“Hücum edən Azərbaycan hərbçilərini məhv edə bilərik” – Erməni generaldan SƏRSƏM AÇIQLAMA

“Hücum edən Azərbaycan hərbçilərini məhv edə bilərik” – Erməni generaldan SƏRSƏM AÇIQLAMA

Hazırda oxunan: “Hücum edən Azərbaycan hərbçilərini məhv edə bilərik” – Erməni generaldan SƏRSƏM AÇIQLAMA

22620

Ermənistanın suveren ərazilərinə hücum edən bütün Azərbaycan hərbçilərini məhv edə bilərik. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, general-mayor Eduard Asryan 27 may tarixində keçirdiyi mətbuat konfransında bildirib.

“Hələlik vəziyyəti siyasi və diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq qərar versək, hamısını məhv edəcəyik, gedə bilməyəcəklər”, deyə general vurğulayıb.

O, ölkənin siyasi rəhbərliyinin silahdan istifadə etməmək haqda əmr etdiyi fikri feyk adlandırıb:

“Bu cür əmrlər hərbi rəhbərlik tərəfindən verilir. Siyasi rəhbərlik isə məsələni necə həll edəcəyinə qərar verir. Biz hiss etsək ki, Azərbaycan güc metodlarına əl atır, o zaman qabaqlayıcı zərbə endirəcəyik. Ərazimizdəki qanunsuz hərbi personalının hamısını məhv edəcəyik. Onların hamısı nişana alınıb. Bütün çadırlarını görürük. Hələlik buna ehtiyac yoxdur”, deyə Asryan qeyd edib.

General müharibədəki itkilərə baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin tapşırığı yerinə yetirməyə hazır olduğunu vurğulayıb. 

Asryan əlavə edib ki, heç kim Silahlı Qüvvələrin vəzifələrini yerinə yetirməsini qadağan etmir. 

Xatırladaq ki, Azərbaycan əsgərlərinin hazırda dayandıqları ərazilər bir vaxtlar rəsmi İrəvanın işğal etdiyi torpaqlardır. Bu baxımdan ermənilər hərbçilərimizə qarşı atəş açmırlar, çünki həm onlarda və həm də sülməramlıların komandiri Rüstəm Muradovda GPS sistemi var. Sadəcə olaraq müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışırlar, Zəngəzurdakı əraziləri,  Qazaxdakı 7, Naxçıvandakı 1 kəndimizi geri qaytarmaq istəmirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO