Rusiya XİN azərbaycanlı alimə təşəkkür etdi

Rusiya XİN azərbaycanlı alimə təşəkkür etdi

Hazırda oxunan: Rusiya XİN azərbaycanlı alimə təşəkkür etdi
21046
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sloveniyada ikinci dünya müharibəsi illərində yerli partizanlarla çiyin-çiyinə vuruşmuş Qızıl Ordu əsgərlərinin abidəsi açılıb. Azərbaycanlı tarixçi İlham Abbasovun Rusiya arxivlərində apardığı tədqiqatlar nəticəsində 1945-ci ilin yazında Aydovsçina şəhəri yaxınlığında həlak olaraq yerli antifaşist hərəkatı iştirakçıları ilə birgə toplu məzarlıqda dəfn olunmuş 16 nəfər Qızıl Ordu döyüşçüsünün şəxsiyyəti müəyyənləşdirilib”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı alim COVID-19-a qarşı dərman və peyvənd HAZIRLAYIB - FOTO


Həmin əsgərlərin adlarının həkk olunduğu yenilənmiş abidənin açılış mərasimində şəhər meri və yerli rəsmilərlə yanaşı Rusiyanın Sloveniyadakı səfiri Teymur Eyvazovun da iştirak etdiyi qeyd olunub.

“Bu hadisəni Rusiya ilə Sloveniya tarixinin birgə səhifələrinə hörmət nişanəsi, tarixi yaddaşı qorumaq mövqeyimizin təsdiqi kimi qəbul edirik. Həmçinin Azərbaycandan olan dostumuza da ayrıca təşəkkür edirik” – deyə Rusiya XİN rəsmisi vurğulayıb. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO