Ermənistanda hərbi gərginlik - General Paşinyana şərt qoydu

Ermənistanda hərbi gərginlik - General Paşinyana şərt qoydu

Hazırda oxunan: Ermənistanda hərbi gərginlik - General Paşinyana şərt qoydu
2036
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan ordusunun Dağlıq Qarabağ münaqişəsində vəziyyəti ağırlaşdıqca ölkədə siyasi çəkişmələr kəskinləşir.

Bizim.Media
Trendə istinadən bildirir ki, bu haqda erməni KİV-ləri xəbər yayıb. Məlumata görə, hazırkı hökumətlə "Qarabağ klanı” arasında münasibətlər daha da pisləşib.

Qeyd olunur ki, bu günlərdə Laçın rayonunda müdafiə naziri David Tonoyanla general Vitali Balasanyan arasında ciddi münaqişə yaşanıb. Nazirin qərargahına gələn V.Balasanyan onu Qarabağda ağır məğlubiyyətə görə ittiham edib. Bundan başqa, general nazirdən istefa verməyi tələb edib. Həmçinin, o, D.Tonoyandan Nikol Paşinyana müraciət edərək onun özünü müdafiə naziri təyin etməsi barədə fərman imzalamağı tələb edib.

Bəzi məlumatlara görə, tərəflər arasında əlbəyaxa dava düşüb. D.Tonoyan generalı həbs etdirməklə hədələyib.

Qeyd olunur ki, həmin gün V.Balasanyan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla da görüşüb. Onlar arasında "Qarabağın xilası” məqsədilə Ermənistanın indiki hökumətini devirmək üçün səyləri birləşdirmək barədə razılıq əldə olunduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO