“Azərbaycanın növbəti zərbəsi İrəvana olacaq, Zəngəzur müqavimət göstərə bilməyəcək” – Ermənilərin İrəvanda ETİRAZI

Hazırda oxunan: “Azərbaycanın növbəti zərbəsi İrəvana olacaq, Zəngəzur müqavimət göstərə bilməyəcək” – Ermənilərin İrəvanda ETİRAZI

20183

Bir vaxtlar Hadrut qəəsbəsində yaşayan ermənilər bu gün Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında mitinqə toplaşıblar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “panorama.am” saytı yayıb.

Mənbə yazır ki, “Hadrut adı uğrunda” ictimai təşkilatın həmtəsisçilərindən biri Levon Ayryan jurnalistlərə etirazlarının məqsədi ilə bağlı açıqlama verib:

“Biz Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistana gələcəyini və Xarici İşlər Nazirliyini ziyarət edəcəyini öyrəndik. Gəlişinin vaxtını bilmirdik, buna görə toplanıb şikayət edəcəyimizə qərar verdik.

Başqa bir məqsədimiz isə məktubu Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyana verməkdir. Bilmək istəyirik ki, bizi qarşıda nələr gözləyir.

Ermənistan və Qarabağın səlahiyyətlilərindən savayı hər kəs Qarabağla maraqlanır. “Qarabağ Azərbaycanın bir hissəsi olmayıb və gələcəkdə də olmayacaq” fikirlərini rəsmi səsləndirə biləcək heç bir siyasətçi yoxdur.

Hadruta qayıtmaq istəyirik. Başqa yerdə yaşamaq istəmirik: nə Yerevanda, nə də Qarabağın digər bölgələrində. Bizə Qarabağın müxtəlif bölgələrində yaşamaq təklif olunur, bunu istəmirik, çünki məskunlaşsaq, Hadrutun unudulmasına doğru bir addım atılacaq. Hadrutun unudulmasını istəmirik.

Hadrut qayıdanadək burada və Xankəndidə qalacağıq. Təəssüf ki, səlahiyyətlilərimizin atdığı addımlar yetərli deyil. Hadrut və Qarabağ olmasa, Azərbaycan tərəfinin növbəti zərbəsi birbaşa İrəvana olacaq, Zəngəzur da (Sünik) müqavimət göstərə bilməyəcək.

Biz səlahiyyətlilərimizin diqqətini Hadrutda baş verənlərə yönəltmək istəyirik, Hadrutla bağlı baş verənlər hələ bitməyib.

Erməni xalqının təhlükəsizliyini təmin etmək üçün Hadrut, Laçın və Kəlbəcər geri qaytarılmalıdır. Qarabağ olmadan Ermənistan təhlükəsiz ola bilməz.

Belə bir şəraitdə, millətin belə bir vəziyyətində Ermənistanda seçki keçirmək səhvdir.

Bu vəziyyətdə seçki keçirmək nədir? Hər kəs hakimiyyətini düşünür. Erməni xalqının bədbəxtliyi budur ki, səlahiyyətlilərimiz heç vaxt dövlət qurmağı düşünməyiblər, əksinə hakimiyyətlərini gücləndirmək üçün dövlət rıçaqlarından istifadə ediblər”, deyə o, qeyd edib.

"Hadrut adı uğrunda" QHT-nin həmtəsisçisi tələb edib ki, Ermənistan və Qarabağ səlahiyyətliləri erməni xalqının maraqlarına xidmət etsinlər:

“Bu 30 ildə onlardan heç biri Qarabağın müstəqilliyini tanımayıb”. Hadrutdan olan Vilen Ağabekyan isə əmindir ki, əraziləri müharibəsiz qaytarmaq mümkündür:

“Yaxşı diplomatiya, yaxşı diplomatlar bunu edə biləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO