FTX Moskvada ermənilərdən ibarət cinayətkar qrupu SAXLADI 

FTX Moskvada ermənilərdən ibarət cinayətkar qrupu SAXLADI 

Hazırda oxunan: FTX Moskvada ermənilərdən ibarət cinayətkar qrupu SAXLADI 

182365

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Moskva vilayətinin Çexov şəhərində sintetik narkotiklərin istehsalını və satışını təşkil edən Ermənistan vətəndaşlarından ibarət cinayətkar qrupun üzvlərini saxlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.  

"Çexov ərazisində xüsusilə irimiqyaslı sintetik narkotik vasitələrin istehsalında ixtisaslaşmış Ermənistan Respublikası vətəndaşları arasından yaradılmış cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması məqsədilə əməliyyat keçirilib”, - deyə məlumatda qeyd olunub.   

Bundan əvvəl FTX Moskva vilayətində bir neçə qeyri-qanuni onlayn mağaza üçün dərman istehsalı üçün gizli laboratoriyanın təşkil olunduğu barədə məlumat alıb. 

“Narkotik laboratoriyanın yerləşdiyi yerdə cinayət başında Ermənistan Respublikasının üç vətəndaşı saxlanılıb, ən azı 86 kq ağırlığında narkotik vasitə olan mefedron, həmçinin laboratoriya avadanlığı və müxtəlif kimyəvi maddələr götürülüb”, - FTX bildirib. 
Mütəşəkkil cinayətkar qrupun üzvləri müəyyən edilib, Rusiya Federal Təhlükəsizlik Xidməti Cinayət Məcəlləsinin 5-ci hissəsi ilə cinayət işi açıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, saxlanılan şəxslər həbs edilib, onları ömürlük həbs cəzası gözləyir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO