İcma: Bu gedişlə Aİ Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən kənarda qalacaq

İcma: Bu gedişlə Aİ Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən kənarda qalacaq

Hazırda oxunan: İcma: Bu gedişlə Aİ Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən kənarda qalacaq
156510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gedişlə Avropa İttifaqı özünü Fransanın vəziyyətinə salaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən tam kənarda qalacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcması son günlər Avropa İttifaqının,xüsusən onun ali nümayəndəsi Cozef Borelin (İspaniya) və Almaniyanın anti-Azərbaycan açıqlamaları ilə bağlı bəyanatında yer alıb. 

“Xüsusən Cozef Borelin istifadə etdiyi ifadələr və tonu tamamilə qəbuledilməzdir. Son vaxtlar İspaniyanın Azərbaycana qarşı artan bəyanatları xüsusunda İspaniyanın C.Borelə, yoxsa C.Borelin İspaniyaya təlimat verməsi məsələsi sual doğurur. 
Almaniya Xarici İşlər Nazirliyinin tvitter səhifəsində alman nazirin BMT Təhlükəsizlik Şurasında ingilis dilində etdiyi çıxışdan yerləşdirilmiş hissədə “Laçın” sözünün ingilis deyil, fransız dilində yazılması isə Almaniyanın acınacaqlı durumunu, özünün mövqeyinin olmadığını, məsələyə sırf rəsmi Parisin prizmasından yanaşdığını bir daha aydın göstərir”, - deyə bəyanatda qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO