İran Ermənistanın xəyanəti ilə ÜZ-ÜZƏ – Köhnə dostlar düşmənə ÇEVRİLİR?

İran Ermənistanın xəyanəti ilə ÜZ-ÜZƏ – Köhnə dostlar düşmənə ÇEVRİLİR?

Hazırda oxunan: İran Ermənistanın xəyanəti ilə ÜZ-ÜZƏ – Köhnə dostlar düşmənə ÇEVRİLİR?

153777

Son günlər İran mətbuatı Paşinyanın Qərbə yaxınlaşmasının İrana qarşı təhlükə yaradacağı barədə xəbərlər tirajlayır. 

“Nabze Baazaar” nəşri yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan İlham Əliyev və Azərbaycan qarşısında Rusiya əleyhinə mövqe nümayiş etdirir:

“Ermənistanın İlham Əliyev və Azərbaycan qarşısında Rusiyaya münasibətdə mövqeyi dəyişib. Beynəlxalq medianın Ermənistanın Qərbə yönəlməsi kimi şərh etdiyi açıqlamasında Paşinyan deyib: “Azərbaycan qarşısında yalnız Rusiyaya arxalanmağımız səhv idi”. 

Görünən odur ki, Paşinyan Rusiyaya qarşı mövqeyi dəyişərək, ondan uzaqlaşıb, Qərbə yaxınlaşmağa çalışır. Hakimiyyətə gələndən, Qərbpərəst mövqeyilə seçilən Paşinyanın Rusiyaya münasibətdə belə mövqe sərgiləyəcəyi gözlənilən idi. 

Belə olan halda, görəsən Paşinyan Rusiyaya yaxınlığı ilə seçilən İrandan da uzaqlaşa bilərmi? Ermənistanın Rusiyaya qarşı mövqe dəyişməsi və Qərbə yaxınlaşması Paşinyanın İrandan da uzaqlaşmasına səbəb olacaq, ya yox?

Bizim.Media-ya açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirir ki, İrəvan Rusiyadan fərqli olaraq, İrandan da uzaqlaşmaq yolunu tutmayacaq:

“Paşinyan alternativ axtarışındadır. Rusiyadan sonra arxasında hansı dövlətin dayana biləcəyini axtarır. Hələlik İrəvan Fransa ilə ortaqlıq təşkil etməyə çalışır. İrana gəldikdə, rəsmi İrəvan Tehrana Rusiyaya qarşı davamlı olaraq alternativ enerji mənbəyi kimi baxır.

Ermənistanda hakimiyyət dəyişikliyi zamanı Paşinyan hökuməti İranla enerjinin qiymətilə bağlı danışıqlar apardı. Çünki həmin zaman Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırdı. Buna alternativ olaraq da, İrəvan İranı seçdi. Amma Tehran Rusiyanı tapdalamadı və qiyməti endirmədi. 
Bununla belə, İrəvan digər istiqamətlərdə intensiv olaraq İranla iqtisadi-ticari əlaqələrin sürətləndirilməsi üçün əməkdaşlığı genişləndirir. Ermənistan İrana energetika sahəsi üzrə tərəfkeş, “Qazprom”u əvəzləyə  biləcək, Fransaya isə siyasi-hərbi sahədə müdafiə edib dəstəkləyəcək dövlət kimi baxır.

Bu mənada Ermənistan yaxın zamanlarda İrandan uzaqlaşmayacaq. Rusiyaya münasibətdə verdiyi ritorik bəyanatları İrana qarşı verməyəcək. 

İranla əlaqələrinə görə, ABŞ Ermənistana qarşı sanksiya tətbiq etməyib. Sadəcə olaraq Amerika rəsmiləri tövsiyyə xarakterli açıqlamalar verməklə kifayətlənirlər. Odur ki, Qərb də İrəvanın İranı Rusiyaya qarşı alternativ olaraq qoymasına göz yumacaq”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO