Türkiyənin Baş konsulluğundan Naxçıvan sakinlərinə ÇAĞIRIŞ

Türkiyənin Baş konsulluğundan Naxçıvan sakinlərinə ÇAĞIRIŞ

Hazırda oxunan: Türkiyənin Baş konsulluğundan Naxçıvan sakinlərinə ÇAĞIRIŞ

118923

Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib.

Bizim.Media xəbər verir ki, diplomatik nümayəndəlikdən bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər.

Zəlzələ bölgəsində ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızıdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.

Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.

Yardımlar Naxçıvan şəhəri Heydər Əliyev prospekti, 17 ünvanında toplanır.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO