Putin Prezidentlərə üzük bağışladı - FOTO 

Putin Prezidentlərə üzük bağışladı - FOTO 

Hazırda oxunan: Putin Prezidentlərə üzük bağışladı - FOTO 

111908

Xəbər verdiyimiz kimi, dekabrın 26-sı Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Bizim.Media rbc.ru-ya istinadən məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin sammit iştirakçılarına xüsusi hazırlanmış üzük bağışlayıb. Onların arasında Azərbaycanın dövlət başçısı da var.

Məlumata görə, ağ və sarı qızıl metala bənzəyən hər üzüyün üzərində MDB-nin simvolu və “2023-cü iliniz mübarək” sözləri yer alıb.

Bununla yanaşı, üzüklərdə sammitin keçirildiyi Rusiyanın da adı qeyd olunub.

Bildirilir ki, üzüyü sammit iştirakçıları arasından ilk Belarus Prezidenti Aleksandr Lukaşenko taxıb. Belarusun “Pul Pervoqo” teleqram kanalı sözügedən üzüyün fotosunu yayıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO