İranda Bakıdan gedən azərbaycanlılara ERMƏNİLƏR dərs keçir - AÇIQLAMA 

İranda Bakıdan gedən azərbaycanlılara ERMƏNİLƏR dərs keçir - AÇIQLAMA 

Hazırda oxunan: İranda Bakıdan gedən azərbaycanlılara ERMƏNİLƏR dərs keçir - AÇIQLAMA 

102849

“İranın və Ermənistanın hərbi kəşfiyyatı birlikdə bir təşkilat yaradıb. Bu təşkilatın əsas funksiyası türk dövlətlərindən dini təhsil almaq məqsədi ilə İrana gələn gəncləri öz dövlətlərinə qarşı radikal qüvvə kimi hazırlamaqdır”.

Bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada təmsilçisi Aslan İsabəyli Bizim.Media-ya eksklüziv müsahibəsində bildirib.

O, əlavə edib ki, bu quruma rəhbərlik edən İranda doğulmuş milliyətcə erməni olan Tiqran Dəmirçiyandır. Lakin İranda onu hamı Mehdi adı ilə tanıyır:

“Bu erməni gədəsi Tiqran Dəmirçiyan uzun müddət Ermənistanda olub. Burda xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılıb, yetişdiriləndən sonra İrana göndərilib.  O da Azərbaycandan, Türkmənistandan, Qırğızıstandan, Özbəkistandan, Qazaxstandan və Rusiyadan gələn və burada dini təhsil alan insanlara Mehdi islamı “əxz elətdirir”.

Aslan İsabəyli Azərbaycan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi son əməliyyat zamanı İranda istehsal olunmuş köynəklər barədə də danışıb:

“Həmin köynəklərin üstündə xüsusi işarələr var. Terroru əks etdirən qılınc əsas simvollarıdır. Erməni-fars təşkilatı öz fikirlərini gücləndirmək üçün hətta “Qurani-Kərim”dən yozmalar edirlər. Çox təəssüf ki, İrana dini təhsil dalınca gedən əksər gənclər təsir altına düşür. Qoy, həmin gənclər bilsin və başa düşsün ki, onlara təlqin və tədris edilənlərin islama heç bir aidiyyatı yoxdur. Bunlar hamısı erməni-fars hərbi kəşfiyyatının birgə layihəsidir. Məqsəd də odur ki, türk dövlətləri, xüsusən də Azərbaycan daima təhdid altında olsun”.

Müsahibimiz sonda onu da bildirib ki, əslində “şeytan dövləti” İrandır. Və onlar digər şeytanla-ermənilərlə bir olub dünyəvi dövlət olan Azərbaycana qarşı hər cür şərəfsizliyə gedirlər. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO