İranda azərbaycanlı qadın vəkil HƏBS EDİLDİ - FOTO 

Hazırda oxunan: İranda azərbaycanlı qadın vəkil HƏBS EDİLDİ - FOTO 

102207

Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü, təbrizli vəkil Negin Kəyani həbs edilib.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, azərbaycanlı vəkilin iki həftə bundan öncə saxlanılmasına baxmayaraq, həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb.

Onun tutulmasına səbəb Təbrizdə keçirilən etirazlara qatıldıqları üçün həbs edilənlərin müdafiəçisi və vəkili kimi fəaliyyət göstərməsi olub.

Digər azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial media hesabında etdiyi paylaşımda Negin Kəyaninin nədə ittiham olunduğu barədə rəsmi iddia irəli sürülmədiyini və qeyri-müəyyən vəziyyətdə saxlanıldığını yazıb.
Qeyd edək ki, oktyabrın 15-də Güney azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da saxlanılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO