Prezident Quterreşin müavininə təşəkkür etdi

Prezident Quterreşin müavininə təşəkkür etdi

Hazırda oxunan: Prezident Quterreşin müavininə təşəkkür etdi
614652
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) da uğurla təşkil edilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident İlham Əliyev Amina Mohammedi qəbul edib - FOTO


Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edərkən bildirib.

Dövlət başçısı WUF13-ün keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini deyib.
 

WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğulayıb.


Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulanıb.

İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO