Toy varsa, yas da olmalıdır - Deputat yas qadağasından DANIŞDI 

Toy varsa, yas da olmalıdır - Deputat yas qadağasından DANIŞDI 

Hazırda oxunan: Toy varsa, yas da olmalıdır - Deputat yas qadağasından DANIŞDI 
26251
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 1-dən toy, nişan və bu kimi şənlik mərasimlərinin keçirilməsinə rəsmən icazə verilsə də, 1 ildən çoxdur qadağası götürülməyən yas mərasimləri ilə bağlı məsələ açıq qalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı hələki yekdil qərarı yoxdur. 

İcitmaiyyətdə ciddi müzakirə olunan bu məsələnin də toy kimi mental dəyərlərimizdən olduğu qeyd edilir və nəhayət müəyyən qaydalarla yas mərasimlərinin təşkilinə icazə verilməsi üçün çağırışlar edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

İbadət yerləri ilə bağlı bu məhdudiyyət götürüldü


Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Aydın Mirzəzadə Operativ Qərargahın yas mərasimləri barədə istənilən qərarına hörmətlə yanaşılması lazım olduğunu deyib:

“Bütün bu kimi məsələlərdə Operativ Qərargahın qərarlarına hörmətlə yanaşanlardanam. Hər halda Qərargahda bu işi dərinliyinə qədər bilən, istiqamətlər üzrə informasiyası olan, dünya təcrübəsindən xəbəri olan mütəxəssislər təmsil olunur. Bu baxımdan onların rəy veriləcəyini gözləyirəm. Şübhəsiz ki, yas mərasimləri azərbaycanlılar üçün həssaz bir yerdir. Hər bir ailədə bu, baş verə bilir. İl yarımdır insanların ənənəvi yas məclislərində iştirak edə bilməməsi təbii ki, bizlərə də toxunur. Amma Operativ Qərargahın yas məsliclərinə də toylar kimi icazə verməsi qərarını gözləməliyik”, deyə deputat əlavə edib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağa qərarını ötən ilin martından etibarən qəbul edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO