Dünyanın diqqətini cəlb edən CİNAYƏT: Saraydan unitaz OĞURLANDI - FOTO

Dünyanın diqqətini cəlb edən CİNAYƏT: Saraydan unitaz OĞURLANDI - FOTO

Hazırda oxunan: Dünyanın diqqətini cəlb edən CİNAYƏT: Saraydan unitaz OĞURLANDI - FOTO
238051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təxribatçı sənəti ilə tanınan italyan rəssam Mauritsio Kattelan yenidən diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, 6 milyon dollardan çox qiymətə satılan məşhur “bentlənmiş banan” əsərinin yaradıcısı bu dəfə qızıl tualetinin itdiyi ilə bağlı yaydığı xəbərlərlə gündəm olub.

O qeyd edib ki, İngiltərədəki Blenheim sarayından "Amerika" adlı unikal sənət əsəri - 103 kq çəkisi olan 18 karat qızıldan olan tam işlək tualet oğurlanıb. İddia edilib ki, dörd nəfər cəmi beş dəqiqə ərzində eksponatı saraydan oğurlaya biliblər.

Qızıl unitaz Kattelanın əvvəllər Nyu Yorkdakı Guggenheim Muzeyində nümayiş etdirilən 2019-cu il konseptual obyektlər sərgisinin bir hissəsi olub. Unitaz klassik Kohler modelindən modelləşdirilib və Florensiyada bir tökmə zavodunda istehsal edilib. Ziyarətçilər nəinki onu görə bilər, həm də vaxt intervalı ilə növbəyə yazılaraq və müəyyən məbləğ ödəyərək ondan istifadə edə bilirdilər.

“The Art Newspaper”in yazdığına görə, oğurlanan qızıl unitazın sökülərək hissə-hissə Londonun Hatton bağçasında bir zərgərə satıldığı iddia edilir.

Dünyanın diqqətini cəlb edən CİNAYƏT: Saraydan unitaz OĞURLANDI - FOTO - foto 1
Dünyanın diqqətini cəlb edən CİNAYƏT: Saraydan unitaz OĞURLANDI - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO