Heykəllər güllələnmiş qalacaq – RƏSMİ

Heykəllər güllələnmiş qalacaq – RƏSMİ

Hazırda oxunan: Heykəllər güllələnmiş qalacaq – RƏSMİ

2296

"Erməni faşistliyini və vəhşiliyini təcəssüm etdirən bu heykəllər restovrasiya edilməyəcək."

Bunu Bizim.Media-ya açıqlamasında Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva bildirib.

O, əlavə edib ki, heykəllər restovrasiya edilmədən olduğu kimi nümayiş etdirilməsi daha məqsədəuyğundur:

“Erməni qəsbkarları Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı işğal etdikdən sonra Üzeyir Hacıbəylinin, Bülbülün, Azərbaycanın Xan qızı Natəvanın büst heykəllərini güllələyib, sonra onları qənimət kimi aparıblar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdaxiləsindən sonra “Güllələnmiş heykəllər” geri alınaraq paytaxt Bakıya gətirilib”.  

Hazırda heykəllər Milli İncəsənət Muzeyinin bağında nümayiş etdirilir. Muzeyi ziyarət gələnlər bu heykəllər vasitəsilə erməni vandalizmini birbaşa görmək imkanı əldə edirlər.

 Heykəllər Şuşaya öz vətənlərinə qayıdacaqlar. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO