Bahar: "Pulum olmadığı üçün Mənzurədən geyimlərini kirayə götürmüşəm" - VİDEO

Hazırda oxunan: Bahar: "Pulum olmadığı üçün Mənzurədən geyimlərini kirayə götürmüşəm" - VİDEO

177696

Müğənni Bahar Lətifqızı həmkarı Mənzurə Musayevadan söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişində bildirib ki, illər əvvəl pulu olmadığı üçün sənət yoldaşı Mənzurədən paltarlarını kirayə götürüb.

"İlk dəfə toya 15 yaşımda getmişəm. O zamanlar isə özümə geyim almağa pulum yox idi. Mənzurə xanım məndən daha canlıdır və boyda da hündürdür. Bir mağaza vardı. Mənzurə isə öz geyimlərini o mağazaya qoyurdu və anası o paltarları kirayə verirdi. Gedirdim o mağazaya və anasına deyirdim ki, filan geyimləri istəyirəm, amma pulum yoxdur.Zəng edirdi anası Mənzurəyə deyirdi ki, burada bir qız var adı Bahardır, internat evindən yenicə çıxıb və paltarları götürmək istəyir.

Mənzurə də razılaşırdı və paltarları mənə verirdi. Bu günkü gündə də  Mənzurə xanımın geyimlərindən məndə evdə var. Bunu deməkdən də utanmıram. Çox insanlar mənə söyləyirlər ki, bunları demə. Hətta Mənzurə xanım özü də deyir ki, bu haqda danışma. Mən heç zaman Mənzurə xanımın bu yaxşılığını itirə bilmərəm. Etdiyim yaxşılıqları demirəm, demərəm də... Deyəndə ki, filan işi mən etmişəm sanki, o dəqiqə acizləşirsən və ucuzlaşırsan. Amma onu deməyəndə ürəyin böyük olur. Öz vicdanının qarşısında düşünürsən ki, mən bunu etmişəm, o qədər rahat olursan", - deyə Bahar vurğulayıb.
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO