Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - VİDEO

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - VİDEO

Hazırda oxunan: Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - VİDEO
90252
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 50 hektar sahədə əsasən kol-kos və otluq ərazi yanıb.

Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində meşə zolağı yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları və bir qrup kənd sakini iştirak edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO