Lavrovdan jurnalistə:

Lavrovdan jurnalistə: "Siz hər zaman nəyi harada oğurlamağı fikirləşirsiniz" - VİDEO

Hazırda oxunan: Lavrovdan jurnalistə: "Siz hər zaman nəyi harada oğurlamağı fikirləşirsiniz" - VİDEO

78278

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə səfərdədir. Bu gün o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə bir çox regional məsələləri, o cümlədən Azərbaycanla Ermənistan arasında imzalanacaq delimitasiya və sülh müqavilələrinin perspektivini müzakirə edib.

Ankarada Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında rusiyalı nazir jurnalistin doğru sualından şoka düşüb.

Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Telegram kanallarında yer alıb.

Belə ki, jurnalist ona “Rusiya Ukraynadan oğurlanmış malların taxıldan başqa hansını sata bilib?” sualını verib.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri buna cavab olaraq “neonasist rejimindən qurtulmaq” barədə cəfəngiyyat sözlər danışmağa başlayıb:

“Siz hər zaman nəyi harada oğurlamağı fikirləşirsiniz.  Mən sizə cavab verirəm. Biz publik olaraq elan etdiyimiz məqsədlərimizi reallaşdırmaqla məşğuluq: Ukraynanın şərqini neonasit rejimin təzyiqindən xilas etmək... Biz bununla məşğuluq. O ki qaldı taxıla, biz bu gün izah etdik ki, taxıl təyin olunduğu nöqtəyə daşına bilər, Rusiya tərəfindən buna maneə yoxdur".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO