Xersondakı soydaşlarımız Krıma getməkdən imtina etdilər - VİDEO

Hazırda oxunan: Xersondakı soydaşlarımız Krıma getməkdən imtina etdilər - VİDEO

65385

Ukraynadakı soydaşlarımızın təxliyəsi və müvafiq yardımlar ala bilməsi üçün yaradılan qaynar xəttə edilən müraciətlərin sayı kəskin azalıb. 

Bizim.Media xəbər verir ki, ən kritik durumda olan bölgələrdən azərbaycanlıların çoxu təxliyə olunub. 

Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Ceyhun Məmmədov bildirib ki, son müraciətlər əsasən ərzaq təminatı ilə bağlıdır.

"Ukraynada azərbaycanlıların kompakt yaşadığı şəhərlərdən olan Xarkov müharibədən ən çox əziyyət çəkən ərazilərdən biridir. Amma şəhəri hələ də tərk etmək istəməyən soydaşlarımız var və onlarla da təmaslar davam edir", - deyə C.Məmmədov əlavə edib.
Rusiya silahlı qüvvələrinin nəzarətinə keçən Xerson şəhərində də xeyli sayda soydaşımız qalıb və onlar Krıma təxliyə təklifini qəbul etməyiblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO