Tramp pələnglə "döyüşdü" - VİDEO

Tramp pələnglə "döyüşdü" - VİDEO

Hazırda oxunan: Tramp pələnglə "döyüşdü" - VİDEO

642226

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində pələng və şirlərin insanlara hücum etdiyini əks etdirən kadrlar, həmçinin süni intellektlə hazırlanmış maraqlı bir videoçarx paylaşıb.

Bizim.Media xəbər verir ki, ABŞ lideri ilk olaraq Böyük Britaniyadakı zooparklardan birində pələngin ziyarətçiyə hücum edərək onu öldürməsini əks etdirən görüntüləri paylaşıb. Tramp bu videonu "Təbiətlə zarafat etmək olmaz!" şərhilə təqdim edib.

Daha sonra dövlət başçısı şirlərin zoopark nəzarətçilərinə və ziyarətçilərə hücum etdiyi bir neçə başqa videonu da hesabına yerləşdirib.

Silsilə paylaşımların sonunda Tramp süni intellekt (neyroşəbəkə) vasitəsilə hazırlanmış 23 saniyəlik bir videoçarx yayımlayıb. Videoda Donald Tramp çəmənlikdə uzanaraq pələngə barmaq silkələyir. Heyvan ona pəncəsi ilə toxunub qaçdıqda Tramp onun arxasınca qaçır, pələngi yerə sərilməyə məcbur edir və sonda onunla qucaqlaşır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO