Rusiya müharibədəki itkilərini niyə gizlədir?– 283 min hərbçinin adı məlumdur

Rusiya müharibədəki itkilərini niyə gizlədir?– 283 min hərbçinin adı məlumdur

Hazırda oxunan: Rusiya müharibədəki itkilərini niyə gizlədir?– 283 min hərbçinin adı məlumdur
647282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Ukraynada müharibə zamanı həlak olan hərbçilərin real sayını gizlətməyə çalışır. Müstəqil jurnalistlər və fəallar isə məzarlıqlardakı qəbir daşlarının fotoları vasitəsilə ölənlərin sayını sənədləşdirirlər.

Bizim.Media Politico nəşrinə istinadən xəbər verir ki, Rusiyanın Yaroslavl şəhərində məhkəmə sentyabr ayında Ukraynada həlak olmuş rusiyalı hərbçilərin məzarlarını çəkdiyinə görə bir kişini 14 il müddətinə azadlıqdan məhrum edib.

Son aylarda hərbi məzarlıqları fotoşəkillə çəkməyin ömürlük həbs cəzası ilə nəticələnə biləcəyi barədə xəbərdarlıqlar edilir, Federal Təhlükəsizlik Xidməti isə qəbiristanlıqlarda nəzarəti gücləndirib.

Müstəqil “Mediazona” nəşrinin BBC-nin rus xidməti ilə birlikdə apardığı “Russia 200” məlumat bazasında həlak olmuş 283 minə yaxın rusiyalı hərbçinin adı yer alır. Lakin nəşr açıq mənbələr əsasında bütün ölənləri qeydə almaq imkanına malik olmadığını bildirir.

Böyük Britaniya Xarici İşlər Nazirliyi və Niderland kəşfiyyatının məlumatlarına görə, Rusiyanın hərbi itkiləri 500 mini ötüb. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu ilin iyulunda müharibədə 700 min rusiyalının öldüyünü açıqlayıb.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynadakı itkilərinə dair hətta ən aşağı qiymətləndirmələr belə, Sovet İttifaqının 1979–1989-cu illərdə Əfqanıstandakı müharibədə verdiyi itkilərdən xeyli çoxdur.

Rusiya Müdafiə naziri Sergey Şoyqu 2022-ci ilin sentyabrında müharibədə 5937 rusiyalı hərbçinin öldüyünü açıqlamışdı. Bundan sonra Moskva itkilərlə bağlı rəsmi məlumatları, demək olar ki, açıqlamayıb.

2024-cü ilin aprelində Kreml itkilər barədə məlumatların dövlət sirri olduğunu bəyan edib.

2024-cü ildə Rusiya Federal Dövlət Statistika Xidməti də ölkədə artıq ölüm göstəricilərinə dair məlumatların açıqlanmasını dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO