Ərdoğan Pezeşkianla nəyi müzakirə etdi? – Foto-Video

Ərdoğan Pezeşkianla nəyi müzakirə etdi? – Foto-Video

Hazırda oxunan: Ərdoğan Pezeşkianla nəyi müzakirə etdi? – Foto-Video
647334
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, görüş Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP31) Liderlər Sammiti çərçivəsində baş tutub.

Görüşdə Türkiyə-İran münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan İranla ABŞ arasında qarşıdurmanın mümkün qədər tez başa çatmasını və davamlı sülhün təmin edilməsini arzuladığını bildirib. O, sabitliyin bərqərar olacağı yeni dövrün başlanması üçün diplomatiyaya şans verilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti vaxt itirmədən danışıqlar masasının qurulmasının əhəmiyyətinə diqqət çəkib. O, Türkiyənin sülhə yönəlmiş səylərini regiondakı qardaş ölkələrlə birlikdə dəstəkləməyə davam edəcəyini qeyd edib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və sözçüsü Ömər Çelik, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər rəsmi şəxslər də iştirak ediblər.


Ərdoğan Pezeşkianla nəyi müzakirə etdi? – Foto-Video - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO