
- A-
- A
- A+
Cəmiyyət
12:57 / 12.11.2026
1 dəq oxunma
Naxçıvanda kişi parkda donaraq vəfat etdi
Hazırda oxunan: Naxçıvanda kişi parkda donaraq vəfat etdi
647305
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Naxçıvanda parkdan donmuş vəziyyətdə olan kişi tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında qeydə alınıb.
Məlumata görə, Culfa rayon sakini, 1986-cı il təvəllüdlü Rəşid Nizami oğlu Qəhrəmanov donmuş vəziyyətdə aşkarlanıb.
O, xəstəxanaya çatdırılarkən aqonal vəziyyətdə olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, mərhum 2014-cü ildən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olub. Onun alkoqol asılılığından əziyyət çəkdiyi də qeyd edilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































