Mədəniyyət sahəsinə ayrılacaq vəsaitin məbləği açıqlandı

Mədəniyyət sahəsinə ayrılacaq vəsaitin məbləği açıqlandı

Hazırda oxunan: Mədəniyyət sahəsinə ayrılacaq vəsaitin məbləği açıqlandı
647297
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb. Bu 2025-ci ilin icrası ilə müqayisədə isə 116 milyon manat və ya 22 faiz çoxdur”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini qeyd edib ki, ortamüddətli dövrdə, yəni 2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 39 faiz artıb.

“Həmin vəsaitin 239 milyon manatı və ya 37 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, o cümlədən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılması xərclərinə, 68,4 milyon manatı və ya 11 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və ya 7,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,5 faizi yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264 milyon manatı və ya 41 faizi isə bu sahələrdə digər müəssisə və tədbirlərlə (mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri, maddi texniki təminatın gücləndirilməsi və s.) bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə nazir müavini əlavə edib.

Qurum rəsmisi Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin növbəti ildə saxlanılması ilə bağlı xərclər üçün isə 13,7 milyon manat vəsaitin proqnozlaşdırıldığını bildirib:

"Bu 2026-cı illə müqayisədə 20 faiz çoxdur. Ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin, tarix-diyarşünaslıq muzeylərinin və bu kimi mədəniyyət müəssisələrinin saxlanılması üçün 49,7 milyon manat vəsait proqnozlaşdırılıb”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO