“Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, minnətdar olarıq” - Rumen Radev

“Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, minnətdar olarıq” - Rumen Radev

Hazırda oxunan: “Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, minnətdar olarıq” - Rumen Radev
647357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstan Azərbaycandan təbii qaz tədarükünün həcmini artırmaqda maraqlıdır. Sofiya Bakı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə də ümid edir.

Bizim.Media xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Rumen Radev Avropa Siyasi Birliyinin (ASB) sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.

“Bizim müəyyən ehtiyaclarımız var və Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, buna minnətdar olarıq. Həm də təkcə Bolqarıstana deyil”, – deyə o vurğulayıb.

Radev iki ölkə arasında əməkdaşlığın yaşıl enerji sahəsində də inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, iki gün əvvəl Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan yaşıl enerji dəhlizinin yaradılması haqqında saziş imzalanıb.

Baş nazir xatırladıb ki, Bolqarıstan layihənin həyata keçirilməsinin sürətləndirilməsi təşəbbüsü ilə hələ Bakıda keçirilən COP29 zamanı çıxış edib.

“Biz irəliləyirik və Azərbaycanla dostluğumuza və əməkdaşlığımıza böyük dəyər veririk”, – deyə Radev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO