Əlibala Məhərrəmzadə: “Mədəniyyət sahəsi ölkəmizin əsas gəlir mənbələrindən birinə çevrilə bilər”

Əlibala Məhərrəmzadə: “Mədəniyyət sahəsi ölkəmizin əsas gəlir mənbələrindən birinə çevrilə bilər”

Hazırda oxunan: Əlibala Məhərrəmzadə: “Mədəniyyət sahəsi ölkəmizin əsas gəlir mənbələrindən birinə çevrilə bilər”
647323
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mədəniyyət sahəsi gələcəkdə Azərbaycanın əsas gəlir mənbələrindən birinə çevrilə bilər”.

Bizim.Media xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, mədəni irsin və abidələrin qorunmasına, həmçinin kino sahəsinə ayrılan vəsait gələcəkdə turizmin və qeyri-neft sektorunun inkişafına töhfə verə bilər.

“49,7 milyon manat bizim mədəni irsin və mədəni abidələrin qorunmasına ayrılan məbləğdir və təqribən 9 milyon manata yaxın məbləğ kinomuza ayrılır. Bunların hər biri gələcəkdə turizmin inkişafına yol açan vəsaitlərdir”.

Deputat bildirib ki, hazırda ÜDM-də mədəniyyət sahəsinin payı təxminən 1 faizdir:

"Mədəniyyətin ÜDM-də payının gələcəkdə 2 faizə çatdırılması iqtisadi baxımdan da yeni imkanlar yarada bilər".

Deputat dövlət büdcəsinin gəlirlərində dividendlərdən əldə olunan 872 milyon manat vəsaitə də toxunub.

Bildirib ki, Azərbaycan mədəniyyətinin təşviqi, onun beynəlxalq platformalarda tanıdılması və mədəni məhsulların satış imkanlarının yaradılması gələcəkdə əlavə gəlirlər formalaşdıra bilər:

“Biz mədəniyyətimizi təşviq edərək onu da hansısa bir satış platformasına çevirə bilərik və oradan da kifayət qədər dividendlər əldə edilə bilər. Bunun üzərində analitik bir baxış bucağı formalaşsa, çox yaxşı olar. Gələcək üçün bu məsələ doğrudan da prioritet sahələrdən biri olmalıdır. Çünki bu, tək gəlir mənbəyi yox, həm də Azərbaycan mədəniyyətinin Azərbaycanın hüdudlarından kənarda təbliğinə çox önəmli bir vasitə kimi çıxış edə bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO