Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - Video

Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - Video

Hazırda oxunan: Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - Video
647355
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

COP31 sammitində iştirak etmək üçün Türkiyəyə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlə söhbət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Haberler" nəşri məlumat yayıb.

Qeyd edilib ki, jurnalist Paşinyana Türkiyənin məşhur müğənnisi Tarkana məxsus mahnını dinlədib.

Ermənistanın Baş naziri sənətçini tanıdığını bildirib. Daha sonra jurnalist və Paşinyan birlikdə əlləri ilə ürək işarəsi göstəriblər.

Söhbət zamanı jurnalist Türkiyə və Ermənistan arasında münasibətlərin inkişafı istiqamətində atılan addımlardan məmnunluğunu ifadə edib və gələcəkdə Azərbaycan, Ermənistan və Türkiyənin regionun inkişafı naminə birgə layihələr həyata keçirə biləcəyinə ümidvar olduğunu bildirib.

"İndi qardaş olduq. Türkiyə və Ermənistan münasibətlərimizi inkişaf etdirmək üçün gözəl işlər görürük və buna görə xoşbəxtik. Ümid edirəm ki, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyə regionumuz üçün birgə işlər görə biləcək. Düşünürəm ki, bu, xalqlarımız üçün əla olardı. Bu barədə nə düşünürsünüz?" - deyə jurnalist Paşinyana müraciət edib.

Ermənistanın Baş naziri isə cavabında əməkdaşlıq, sülh və rifah naminə çalışmağın vacibliyini qeyd edib.

"Bəli, əməkdaşlıq, sülh və rifah naminə çalışmalıyıq. Düşünürəm ki, biz düzgün yoldayıq", - deyə Paşinyan bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO