Japarovdan xəbərdarlıq: Seçkilər ərəfəsində qırğızlarla özbəkləri toqquşdurmağa cəhd edəcəklər

Japarovdan xəbərdarlıq: Seçkilər ərəfəsində qırğızlarla özbəkləri toqquşdurmağa cəhd edəcəklər

Hazırda oxunan: Japarovdan xəbərdarlıq: Seçkilər ərəfəsində qırğızlarla özbəkləri toqquşdurmağa cəhd edəcəklər
647349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstanın cənubunda seçkilər ərəfəsində qırğızlarla özbəklər arasında millətlərarası münaqişə yaratmağa cəhd edilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov noyabrın 12-də yayımlanan müraciətində bildirib.

“Özbəklərlə qırğızlar arasında münaqişə yaratmaq üçün insanların hissləri ilə oynayan və onların milli qüruruna toxunan yalan şayiələr yaymaq kifayətdir”, – deyə o qeyd edib.

Japarov vətəndaşları təxribatlara uymamağa və yoxlanılmamış məlumatları yaymamağa çağırıb. O, 1990 və 2010-cu illərdə baş vermiş faciəli hadisələri də xatırladıb.

Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-nə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO