Bir gecədə qazanılan sərvətin görünməyən üzü – İT milyarderləri niyə peşmandırlar?

Bir gecədə qazanılan sərvətin görünməyən üzü – İT milyarderləri niyə peşmandırlar?

Hazırda oxunan: Bir gecədə qazanılan sərvətin görünməyən üzü – İT milyarderləri niyə peşmandırlar?
647200
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müasir dünyada informasiya texnologiyaları qısa müddətdə insanı milyarder edə bilən ən əsas sahələrdən biridir. Gənc yaşlarında böyük sərvət və dünyəvi şöhrət qazanan bu milyarderlər kənardan baxanda hər kəsin arzuladığı bir uğur hekayəsinin qəhrəmanı kimi görünür. Lakin bu parıltılı həyatın arxasında heç də hər zaman xoşbəxtlik və daxili rahatlıq dayanmır.

Maraqlıdır ki, böyük sərvət qazanan bəzi texnologiya liderləri ciddi emosional gərginlik keçirir, çoxu şəxsi psixoloqu olmadan addım ata bilmirlər.

Bəs insan arzuladığı sərvətə çatdıqdan sonra niyə özünü xoşbəxt hiss etmir?

Psixoloqlar bildirirlər ki, pul insanı rahat etmir, əksinə yeni qorxular və məsuliyyətlər yaradır. Ümumiyyətlə, İT sahəsində qısa müddətdə varlanan insanların bəzilərinin sonradan peşmanlıq hissi keçirməsinin maraqlı psixoloji, sosial və iqtisadi səbəbləri var.
 

Ən əsas səbəb də odur ki, sərvət qazanmaq üçün sağlamlıqlarını qurban verirlər. Yuxusuzluq, hərəkətsizlik, düzgün qidalanmamaq və illər sonra tükənmişlik sindromu özünü göstərir.


İT dünyasında böyük sərvət qazanan və psixoloji gərginlik yaşadığını açıq şəkildə bildirən bir neçə tanınmış şəxs var ki, bunlardan ən məşhuru facebookun yaradıcısı Mark Zuckerbergdir. Daimi stress yaşadığını etiraf edərək, hər səhər çoxlu problem və mənfi xəbərlərlə qarşılaşdığını bildirib. Gərginliyi azaltmaq üçün meditasiya və fiziki məşqlərlə məşğul olur. Amma bu da kömək etməyib, nəticədə psixoloqa baş vurmalı olub.
 

Bu insanların təcrübəsi bir həqiqəti göstərir ki, bəzən sərvət artdıqca məsuliyyət, qorxu və stress də artır. Xüsusilə də İT milyarderləri varlandıqdan sonra depressiya, tənhalıq və həyatın mənasızlığı hissi yaşamasına səbəb hər nə qədər müasir texnologiya dünyasının ən maraqlı psixoloji paradokslarından biri olsa da, daha çox olur. Çünki İT dünyasında rəqabət heç vaxt bitmir.


Bir milyarder özünü başqa milyarderlərlə müqayisə edir. Birinin şirkəti daha sürətlə böyüyür. Yəni canlı orqanizm kimi daim inkişaf edən bir sahədir. Dünənin yeniliyi bu gün artıq keçərli deyil. Ona görə də daimi olaraq səksəkədə yaşamaq çox tezliklə bitkinlik yaradır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO