İdmançılara ŞAD xəbər – 3,9 milyon manat ayrılacaq

İdmançılara ŞAD xəbər – 3,9 milyon manat ayrılacaq

Hazırda oxunan: İdmançılara ŞAD xəbər – 3,9 milyon manat ayrılacaq
647300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Növbəti ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat, o cümlədən beynəlxalq və ölkədaxili idman tədbirlərinin keçirilməsi üçün 15,2 milyon manat, 76 idman obyektinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması ilə bağlı xərclərin ödənilməsi üçün 11,9 milyon manat, idmançıların və məşqçilərin motivasiyasının artırılması, beynəlxalq arenada yüksək idman nailiyyətlərinin stimullaşdırılması məqsədilə 3,9 milyon manat, digər idman tədbirlərinə 4,8 milyon manat vəsait proqnozlaşdırılıb”.

Bizim.Media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, 2027-ci ildə gənclər siyasəti xərcləri üzrə 12,9 milyon manat, o cümlədən 35 “Gənclər evi” sosial xidmət müəssisəsinin saxlanılması üçün 5,3 milyon manat, gənclərin inkişafı ilə bağlı digər tədbirlər üzrə 7,6 milyon manat vəsait proqnozlaşdırılıb:

"2027-ci ildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində tədbirlər, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlər, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin həyata keçirilməsi xərcləri üçün 7,1 milyon manat vəsait nəzərdə tutulub”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO