Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşdı – Video

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşdı – Video

Hazırda oxunan: Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşdı – Video
647371
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində aparılan təmir-bərpa işləri yekunlaşdırılıb.

Bizim.Media xəbər verir ki, təmir-bərpa işləri çərçivəsində yol yatağında zəruri torpaq işləri görülüb, hamarlama və yol örtüyünün bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə ərazidə drenaj sistemi qurulub. Səth və yağış sularının kənarlaşdırılması üçün suötürücü borular quraşdırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində yolun hərəkət hissəsində su yığılması probleminin aradan qaldırılması, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin minimuma endirilməsi və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün daha əlverişli şəraitin yaradılması təmin edilib.

Beləliklə, Hökməli–Qobu–Güzdək avtomobil yolunun sözügedən hissəsində təmir-bərpa işləri başa çatdırılıb və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO